USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

OPEC+ ölkələri yeni neft hasilatını artırmağa hazırlaşır

29.09.2025 İqtisadiyyat
0 0
OPEC+-nın gündəlik ən azı 137 000 barel hasilatın yeni artımını təsdiq edəcəyi gözlənilir.

Məsələ ilə tanış olan mənbələrə görə, OPEC+ neft qiymətlərinin yüksəlməsi fonunda gələn bazar günü keçiriləcək iclasında gündəlik ən azı 137 min barellik yeni hasilat artımını təsdiqləyəcəyi gözlənilir.

OPEC+ aprel ayından hasilatın azaldılması strategiyasını ləğv etdi və bazar payını artırmaq və ABŞ Prezidenti Donald Trampın neft qiymətlərinin aşağı salınması ilə bağlı təzyiqinə cavab vermək üçün artıq hasilat kvotasını sutkada 2,5 milyon bareldən çox artırıb. Bu rəqəm dünya tələbinin təxminən 2,4%-nə bərabərdir.

Səkkiz OPEC+ ölkəsi oktyabrın 5-də noyabrın hasilatı ilə bağlı qərar qəbul edəcək.

Neftin qiyməti ilin əvvəlində bir barel üçün 80 dolları ötüb, lakin OPEC aprel ayında hasilatı artırmağa başladıqdan sonra əsasən 60-70 dollar arasında dəyişib.