USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Cari ilin 8 ayında qeyri-neft sahəsinə yatırılan investisiyalar 15 % -dək artıb - Mikayıl Cabbarov

03.10.2025 İqtisadiyyat
0 0
Bazar iqtisadiyyatının əsas hərəkətverici qüvvəsi rəqabətdir. Cari ilin 8 ayında Qeyri-neft sahəsinə yatırılan investisiyalar 15 % -dək artıb. Əsas kapitala qoyulan investisiyların həcmi 8,2 milyard manat təşkil edib.

Kommersant.az xəbər verir ki, bu fikirləri II Milli Rəqabət Forumunda Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir qeyd edib ki, iqstisadiyyatda özəl sektorun payı 81% təşkil edir.

“Həmçinin qadın sahibkarların sayının artım müşahidə olunmaqdadır. Qadınlar sahibkarların sayı 6 ay ərzində 330 minə çatıb”,- M.Cabbarov əlavə edib.