USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

DGK xətti ilə büdcə daxilolmaları azalıb

06.10.2025 İqtisadiyyat
0 0
Bu ilin ilk 9 ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 4,748 milyard manat təşkil edib.

Kommersant.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 183 milyon manat və ya 3,7% azdır. Gömrük daxilolmaları proqnozdan 1,6% az icra edilib.

Qeyd edək ki, 2025-ci il üzrə Dövlət Gömrük Komitəsi büdcəyə 6,6 milyard manat vəsait köçürməlidir.