ABŞ Goldman Sachs-ın sədr müavini Robert Kaplan qızıl investorlarına xəbərdarlıq edib ki, qızılın hər gün yeni rekordlar qırması normal deyil və yaxşı əlamət kimi qəbul edilmir.
Goldman Sachs-ın sədr müavini Robert Kaplan bildirib ki, qızılın hər gün yeni rekordlar qırması normal deyil.
"Xəbərdarlıq İşarəsi"
Kaplan, "Qızılın 4000 dollarlıq baryeri aşması və yeni rekordlara çatması xəbərdarlıq işarəsi olaraq görülməlidir. Hazırda ABŞ istiqrazları deyil, qızıl etibarlı sığınacaq olaraq qəbul edilir. Qiymətli metalın ilin əvvəlindən bu yana 40%-ə yaxın artması diqqətdən kənarda qalmaması lazım olan bir xəbərdarlıq işarəsidir" dedi.
Qızıl 4000 dollar həddini aşır
Qlobal iqtisadi və geosiyasi qeyri-müəyyənliyin artması ilə investorlar yenidən təhlükəsiz qızıla üz tutdular. Çərşənbə günü qızılın unsiyası 4000 dolları ötərək rekord həddə çatıb. ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz endirimlərini davam etdirəcəyi ilə bağlı gözləntilər də yüksəlişi dəstəkləyib. Qızıl hazırda bir unsiya üçün 4030 dollar ətrafında satılır.
ABŞ-da yerləşən bank daha əvvəl 2026-cı ilin sonu üçün qızıl proqnozunu 4900 dollar səviyyəsində açıqlamışdı.