USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mərkəzi Bank kibertəhlükəsizliklə bağlı insidentlərin vahid analiz sistemini işə salır

09.10.2025 İqtisadiyyat
0 0
Gələcəkdə hər hansı bankda baş verəcək kibertəhlükəsizliklə bağlı insident təkcə həmin bankın problemi kimi qiymətləndirilməyəcək. Belə hallar dərhal Mərkəzi Banka ötürüləcək və hadisələr mərkəzləşdirilmiş şəkildə təhlil edilərək bütün banklara çatdırılacaq.

B unu Mərkəzi Bankın İnformasiya və kibertəhlükəsizlik departamentinin direktoru Elnur Eyvazlı Bakıda keçirilən “Critical Infrastructure Defence Challenge 2025” (CIDC-2025) tədbirində deyib.

O bildirib ki, qurum daxilində yaradılan “pinsert” funksiyası vasitəsilə insidentlər toplanacaq, texniki və risk yönümlü analiz aparılacaq, nəticələr isə vaxtında sektora xəbərdarlıq şəklində təqdim ediləcək. Bu mexanizm bank sektorunda oxşar hadisələrin təkrarlanmasının qarşısını almaq, risklərin yayılmasını məhdudlaşdırmaq və operativ müdaxilə imkanlarını gücləndirmək məqsədi daşıyır.

  • Əvvəlki

    Aylıq kart dövriyyəsi 10 milyarda çatıb - AMB

Digər xəbərlər

09.10.2025 İqtisadiyyat
Maliyyə böhranı BMT-ni vurdu
0 0
09.10.2025 İqtisadiyyat
Gümüş qiymətləri rekord qırır
0 0
09.10.2025 İqtisadiyyat
Qızıl tarix yazdı
0 0