USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Növbəti il onkoloji xəstəliklər üçün ayrılacaq vəsait məlum olub

04.11.2025 İqtisadiyyat
0 0
Onkoloji xəstəliyə tutulmuş şəxslərin müalicəsinin və reabilitasiyasının həyata keçirilməsi, dərman preparatlarına olan tələbatın ödənilməsi və bu sahənin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə 65,6 milyon manat vəsait yönəldiləcək.

Kommersant.az-ın məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Bildirilib ki, Milli Onkologiya Mərkəzi üçün 64,1 milyon manat və Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası üçün 1,5 milyon manat olmaqla, cəmi 65,6 milyon manat vəsait yönəldiləcəkdir ki, bu da 2025-ci illə müqayisədə 5,2 milyon manat və ya 8,6 faiz çoxdur.

  • Əvvəlki

    Növbəti üç ildə iqtisadi artım tamamilə qeyri-neft-qaz sektoru hesabına təmin ediləcək

Digər xəbərlər