USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

SOCAR: Neft Emalı Zavodunda gələn il “Ai-92” və “Ai-95” markalı benzin istehsalı davam etdiriləcək

04.11.2025 İqtisadiyyat
0 0
2026-cı ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunda “Ai-92” və “Ai-95” markalı benzin istehsalı davam etdiriləcək.

Kommersant.az xəbər verir ki, bu, bəzi media resurslarında gələn ildə Heydər Əliyev adına Neft Emalı Zavodunda “Ai-95” markalı benzin istehsalının məhdudlaşdırılacağı ilə bağlı dərc olunan məlumatlara aydınlıq gətirilərkən bildirilib.

Məlumatda deyilir ki, Heydər Əliyev adına Neft Emalı Zavodunda hazırda tətbiq olunan istehsal prosesləri çərçivəsində Avropa standartlarına (“Avro-5”) uyğun “Ai-92” və “Ai-95” markalı benzin istehsalı həyata keçirilir.

Qeyd edilib ki, zavodda tətbiq olunan müasir texnologiyalar və yenilənmiş istehsal infrastrukturu istehlakçılara yüksək keyfiyyətli və ekoloji standartlara cavab verən yanacaq təqdim edilməsinə imkan yaradır.

  • Əvvəlki

    Hesablama Palatası: Özəlləşdirməyə dair yeni qanunun qəbulu gecikir

Digər xəbərlər