USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qeyri-neft-qaz gəlirlərinin hesablanması qaydaları təkmilləşdirilməlidir - Hesablama Palatası

04.11.2025 İqtisadiyyat
0 0
Azərbaycanda qeyri-neft-qaz gəlirlərinin hesablanması qaydaları təkmilləşdirilməlidir.

Kommersant.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsində "2026-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

O vurğulayıb ki, qeyri-neft gəlirlərinin proqnozlaşdırılmış məbləği büdcə qaydasının müvafiq göstəricilərinin hesablanmasında, həmçinin büdcə xərclərinin dayanıqlı gəlir mənbələri ilə təminatının müəyyən edilməsində istifadə olunur.

"Müsbət haldır ki, ilk dəfə olaraq, izahat sənədində cari xərclərin qeyri-neft-qaz gəlirləri ilə təminatı üzrə ortamüddətli proqnozlar təqdim edilib. Bununla belə, hesab edirik ki, qeyri-neft gəlirlərinin hesablanması zamanı beynəlxalq təcrübədə tətbiq edilən metodoloji tələblər nəzərə alınmalı, "Büdcə sistemi haqqında" qanunda da bu istiqamətdə dəqiqləşdirmələr aparılmalıdır", - deyə V. Gülməmmədov qeyd edib.

  • Əvvəlki

    Bakı Gəmiqayırma Zavoduna vergi güzəştinin uzadılmasına aydınlıq gətirilib

Digər xəbərlər