USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İqtisadiyyat naziri gələn ildən maaşlardan vergi tutulması məsələsinə "aydınlıq" gətirib

04.11.2025 İqtisadiyyat
0 0
Əldə edilmiş naliyyələri qorumaq və artırmaq məqsədilə vergi inzibatçılığının gücləndirilməsi nəzərə alınaraq, legallaşma prosesinin davamlılığı üçün əlverişli şərait yaradılıb.

Kommersant.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, bununla yanaşı, daha aşağı gəlirli sahələr üçün vergi yükünün azaldılması və qeyri-neft-qaz özəl sektorun əməliyyatlarının tədricən, mərhələli şəkildə vergiyə cəlb olunması barədə təkliflər irəli sürülüb.

“Qeyd olunmalıdır ki, bu məsələlər asan müzakirələrdən keçməmiş, müxtəlif baxışlar ortaya çıxmışdır. Təqdim olunan sənəd isə vahid mövqeyi əks etdirir”, - deyə o vurğulayıb.

Xəbər yenilənəcək

  • Əvvəlki

    Maliyyə naziri gələn ilin büdcə zərfində əsas istiqamətləri açıqlayıb

Digər xəbərlər