USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gələn il tədiyə balansının cari əməliyyatlar hesabında 3 milyard dollar profisit olacaq

04.11.2025 İqtisadiyyat
0 0
Gələn il Mərkəzi Bankın pul siyasətinin əsas məqsədi inflyasiyanın hədəf daxilində saxlanılması olacaq.

Kommersant.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Sədr vurğulayıb ki, növbəti ildə pul siyasəti mövcud rejim çərçivəsində həyata keçiriləcək: "Məzənnə sabitliyi 2026-cı ildə də qiymət sabitliyinin başlıca lövbəri kimi çıxış edəcəkdir. Proqnozlara görə növbəti ildə tədiyə balansının cari əməliyyatlar hesabının profisitli olması valyuta bazarında tarazlığı dəstəkləyəcəkdir. Mərkəzi Bankın son (oktyabr 2025) proqnozlarına görə baza ssenari üzrə (neftin bir barelinin qiyməti 63.9 dollar və qazın min kub metr üçün qiyməti 288 dollar) 2026-cı ildə tədiyə balansının cari əməliyyatlar hesabında 3.0 milyard ABŞ dolları ətrafında profisit olacağı gözlənilir".

"Maliyyə sektoru üzrə prioritetlər “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”-na uyğun həyata keçiriləcəkdir. Strategiyanın icrası çərçivəsində ölkəmizdə maliyyə sisteminin mühüm sektorları olan sığorta, kapital bazarları, ödəniş sistemləri və rəqəmsal maliyyə kanallarının inkişaf etdirilməsi, habelə bank sektorunun dayanıqlığının daha da gücləndirilməsi istiqamətində işlər davam etdiriləcək", - T. Kazımov qeyd edib.

  • Əvvəlki

    Azərbaycanın strateji valyuta ehtiyatları 82 milyard dolları ötüb

Digər xəbərlər

13.11.2025 İqtisadiyyat
Neftimiz ucuzlaşdı
0 0
13.11.2025 İqtisadiyyat
Bu günün valyuta məzənnələri
0 0