USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ali məktəblərə ayrılacaq subsidiyanın həcmi açıqlandı

04.11.2025 İqtisadiyyat
0 0
Dövlət dəstəyi olaraq bəzi ali təhsil müəssisələrinin xərclərinin qismən qarşılanması üçün 2026-cı ilin dövlət büdcəsində 100,1 milyon manat məbləğində subsidiya nəzərdə tutulub.

Kommersant.az-ın məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Bildirilib ki, bu cari illə müqayisədə 4,0 milyon manat və ya 4,1 faiz çoxdur.

Qeyd edək ki, növbəti il üzrə təhsil xərclərinə 5015,9 milyon manat vəsait proqnozlaşdırılır ki, bu da 2025- ci illə müqayisədə 78,6 milyon manat və ya 1,6 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 625,8 milyon manat və ya 14,3 faiz çoxdur.

  • Əvvəlki

    Təhsilin informasiyalaşdırılmasına 38,3 milyon manat ayrılacaq

Digər xəbərlər