USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İqtisadiyyatımızın gələn il real ifadədə 2,9% artacağı gözlənilir

04.11.2025 İqtisadiyyat
0 0
Baza ssenari üzrə növbəti ildə ölkə iqtisadiyyatının real ifadədə 2,9% artacağı, istehsal olunan ÜDM-in isə 134,1 milyard manat olacağı proqnozlaşdırılır.

Kommersant.az-ın məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının rəyində öz əksini tapıb.

Sənədə əsasən, bu artımın neft-qaz sektoru üzrə 32,4 milyard manat (2,4% az), qeyri-neft-qaz sektoru üzrə isə 101,7 milyard manat (5% çox) artımı hesabına reallaşacağı gözlənilir.

Bildirilib ki, baza ssenari üzrə makroiqtisadi çərçivədə ortamüddətli dövrdə hər il iqtisadi artım proqnozlaşdırılıb, təhlillər 2026-2028-ci illərdə artımın tamamilə, 2029-cu ildə isə əsasən qeyri neft-qaz sektoru hesabına təmin ediləcəyini göstərib.

“2026-cı ilin baza ssenaridə olan proqnozlarında ölkə iqtisadiyyatında əlverişli makroiqtisadi
mühitin müşahidə ediləcəyi, o cümlədən ölkə iqtisadiyyatının real artım, məqbul inflyasiya, cari
əməliyyatlar balansında profisit və sabit məzənnə ilə xarakterizə olunacağı nəzərdə tutulur”,- məlumatda qeyd edilib.

  • Əvvəlki

    Növbəti il ƏDV üzrə büdcəyə daxilolmalar 708 milyon manatdan çox artacaq

Digər xəbərlər