USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Azərbaycan–Türkiyə birgə Universiteti”nə ayrılacaq vəsait məlum oldu

04.11.2025 İqtisadiyyat
0 0
2025/2026-cı tədris ilindən fəaliyyətə başlayacaq və mühəndislik, tibb ixtisasları olmaqla 300 nəfər tələbənin təhsil alacağı “Azərbaycan–Türkiyə birgə Universiteti”nin fəaliyyətinin növbəti ildə təmin edilməsi məqsədilə 6,0 milyon manat vəsait proqnozlaşdırılıb.

Kommersant.az-ın məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Qeyd edək ki, növbəti il üzrə təhsil xərclərinə 5015,9 milyon manat vəsait proqnozlaşdırılır ki, bu da 2025- ci illə müqayisədə 78,6 milyon manat və ya 1,6 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 625,8 milyon manat və ya 14,3 faiz çoxdur.

  • Əvvəlki

    Azərbaycanda gələn il inflyasiya azalacaq

Digər xəbərlər