Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana 22 ölkədən 3,750 milyard ABŞ dolları dəyərində 38,477 min kiloqram qızıl idxal edilib.
Kommersant.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə idxal edilən qızılın dəyəri 1,9 milyard ABŞ dolları və ya 2 dəfə, həcmi isə 14,6 min kiloqram və ya 61,3% artıb.
Hesabat dövründə Azərbaycana qızıl idxal edən TOP-3 ölkələr sırasına Rusiya, Böyük Britaniya və Amerik Birləşmiş Ştatları (ABŞ) daxil olub.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 2 349 kiloqram qızıl istehsal edilib. Qızıl istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 596,9 kiloqram və ya 34,1% artıb. Ötən ilin ilk doqquz ayında Azərbaycanda 1 752 kiloqram qızıl istehsal olunmuşdu.
Bu ilin oktyabr ayının birinə ölkədə hazır qızıl ehtiyatının miqdarı 142,2 kiloqram olub.
Cari ilin ilk doqquz ayında Azərbaycana idxal edilən qızılın ölkələr üzrə həcmi və idxal dəyəri:
Ölkələr
Qızılın həcmi (kq)
Qızılın dəyəri (min ABŞ dolları)
Qazaxıstan
2556,83
262172,89
Qırğızıstan
417,36
44617,82
Özbəkistan
1226,92
124914,73
Rusiya
6783,68
656760,54
Amerika Birləşmiş Ştatları
4453,16
458836,39
Avstraliya
4120,75
368159,06
Böyük Britaniya və Şimali İrlandiyanın Birləşmiş Krallığı
4860,9
481268,41
Braziliya
1021,46
953118,81
Cənubi Afrika Respublikası
2526,6
267467,72
Çin
1186,22
109542,7
Çinin xüsusi inzibati rayonu Honkonq
184,29
16723,14
Filippin
278,61
28344,69
İsveçrə
1470,02
145035,48
Kanada
1398,88
132316,32
Meksika
2557,6
233513,81
Türkiyə
1134,89
99276,25
Yaponiya
149,89
15586,09
Zimbabve
12,2
1133,44
Almaniya
1062,49
95859,22
İspaniya
692,15
73156,09
İsveç
38,16
4099,74
İtaliya
296,48
31249,34
Rumıniya
48,12
4960,59
Qeyd edək ki, ölkəyə qızıl idxalı dedikdə, qızıldan yarımişlənmiş formalarda çubuqlar, məftil və profillər, lövhələr, istənilən altlıq nəzərə alınmadan qalınlığı 0,15 mm-dən çox olan vərəqlər, zolaqlar və ya lentlər nəzərdə tutulur.