USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Neftimiz bahalaşıb

18.12.2025 İqtisadiyyat
0 0
İtaliyanın Auqusta limanında “Azeri Light” markalı Azərbaycan neftinin CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,95 ABŞ dolları və ya 1,52 faiz artaraq bir barel üçün 63,40 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında “Azeri Light” markalı neftin FOB bazasında bir barelinin qiyməti 0,92 dollar və ya 1,52 faiz bahalaşaraq 61,32 dollar olub.

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,22 dollar və ya 0,7 faiz artaraq bir barel üçün 31,61 dollara çatıb.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 0,67 dollar və ya 1,11 faiz artaraq bir barel üçün 60,87 dollar təşkil edib.

Azərbaycanın 2025-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.

  • Əvvəlki

    BOKT-a məxsus bina və torpaqlar satışa çıxarılır - Qiymətlər

Digər xəbərlər

17.12.2025 İqtisadiyyat
Platin rekord səviyyədə bahalaşıb
0 0
17.12.2025 İqtisadiyyat
Bakının bəzi ərazilərində qaz olmayacaq
0 0