USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Aylıq gəliri 8 min manatdan çox olanlar üçün sosial sığorta haqqı dəyişir

29.12.2025 İqtisadiyyat
0 0
Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən sığortaolunanların muzdlu işdən aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqının tutulma qaydası dəyişdiriləcək.

Kommersant.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Sosial sığorta haqqında" Qanunda dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.

Mövcud qanunvericiliyə görə, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən sığortaolunanların muzdlu işdən aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı 2019-cu il yanvarın 1-dən 2026-cı il yanvarın 1-dək aşağıdakı dərəcələrlə ödənilir:

Sığorta haqqına cəlb edilən aylıq gəlir

sosial sığorta haqqı dərəcəsi

cəmi

sığortaolunanın gəlirlərindən tutulan

sığortaedənin vəsaiti hesabına ödənilən

200 manatadək

25 faiz

3 faiz

22 faiz

200 manatdan çox olduqda

25 faiz

6 manat + 200 manatdan çox olan hissənin 10 faizi

44 manat + 200 manatdan çox olan hissənin 15 faizi

Dəyişikliyə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən sığortaolunanların muzdlu işdən aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödəniləcək:

Sığorta haqqına cəlb edilən aylıq gəlir

sosial sığorta haqqı dərəcəsi

cəmi

sığortaolunanın gəlirlərindən tutulan

sığortaedənin vəsaiti hesabına

ödənilən

200 manatadək

25 faiz

3 faiz

22 faiz

200 manatdan 8000 manatadək

25 faiz

6 manat + 200 manatdan 8000 manatadək olan hissənin 10 faizi

44 manat + 200 manatdan 8000 manatadək olan hissənin 15 faizi

8000 manatdan çox olduqda

21 faiz

786 manat + 8000 manatdan çox olan hissənin 10 faizi

1214 manat + 8000 manatdan çox olan hissənin 11 faizi