USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

AMB-nin valyuta ehtiyatları 11,5 milyard dolları ötüb

07.01.2026 İqtisadiyyat
0 0
Bu il yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11,515 milyard ABŞ dolları təşkil edib.

Kommersant.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin dekabrın 1-i ilə müqayisədə 81,1 milyon ABŞ dolları və ya 0,7% çoxdur.

Eyni zamanda AMB-nin valyuta ehtiyatları son 1 ildə isə 555,4 milyon ABŞ dolları və ya 5,1% artıb.