USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İcbari tibbi sığorta haqları üzrə daxilolmalar 1,1 milyard manatı ötüb

07.01.2026 İqtisadiyyat
0 0
2025-ci ildə Azərbaycanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 1,1 milyard manatdan çox olub.

Kommersant.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici 2024-cü ilə nisbətən 10,5 faiz artıb.

Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 10,0 faiz artaraq 793,4 milyon manatdan artıq təşkil edib.

Ümumilikdə, 2025-ci il ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 16 milyard 353,5 milyon manatdan artıq vergi daxil olub ki, bu da proqnozdan 853,5 milyon manat çoxdur. 2024-cü illə müqayisədə vergi daxilolmaları 545,5 milyon manat və ya 3,5 faiz artıb.