USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ Rusiya neft tankerini ələ keçirdi

08.01.2026 İqtisadiyyat
0 0
ABŞ-ın Avropa Komandanlığı, Venesuela ilə əlaqəsi olan, əvvəllər "Bella-1" kimi tanınan Rusiya bayrağı altında üzən Marinera neft tankerini Şimali Atlantikada ələ keçirdiyini açıqladı.

ABŞ-ın Avropa Komandanlığının yazılı açıqlamasında bildirilir ki, ABŞ Ədliyyə Nazirliyi, ABŞ Daxili Təhlükəsizlik Nazirliyi və ABŞ Müdafiə Nazirliyi ilə koordinasiyalı şəkildə "M/V Bella 1" gəmisi Şimali Atlantikada ABŞ sanksiyalarını pozduğuna görə müsadirə edilib. Bəyanatda bildirilir ki, tanker ABŞ federal məhkəməsinin verdiyi axtarış orderi əsasında ABŞ Sahil Mühafizəsinin Munro gəmisi tərəfindən müsadirə edilib. Bəyanatda əlavə edilib: "Bu müsadirə Prezident Donald Trampın Qərb yarımkürəsinin təhlükəsizliyini və sabitliyini təhdid edən sanksiyalı gəmiləri hədəf alan bəyanatını dəstəkləyir. Əməliyyat ABŞ Müdafiə Nazirliyinin dəstəyi ilə ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin bölmələri tərəfindən həyata keçirilib və vətəni qorumaq üçün ümummilli yanaşma nümayiş etdirilib".

ABŞ Müdafiə naziri Pit Heqset sosial media paylaşımında bildirib ki, "Sanksiyalara məruz qalan qanunsuz Venesuela neftinə qarşı blokada bütün dünyada tam şəkildə tətbiq olunmağa davam edir".

Ötən ay ABŞ-ın müdaxiləsindən yayınmaq üçün gəmi kursunu və adını dəyişdirib.

Ötən ay ABŞ Sahil Mühafizəsi Karib dənizində Venesuelaya doğru getdiyi güman edilən "Bella 1" neft tankerini ələ keçirməyə cəhd etdi. İran neftini daşımaqda ittiham olunan və 2024-cü ildə "gizli donanma"nın neft qaçaqmalçılığının bir hissəsi kimi fəaliyyət göstərdiyinə görə ABŞ sanksiyalarına məruz qalan tanker, ABŞ müdaxiləsindən yayınmaq üçün adını və kursunu "Marinera" olaraq dəyişdirdi. O, həmçinin Qayana bayrağından Rusiya bayrağına keçdi. Karib dənizindən Şimali Atlantikaya uğurla çıxan neft tankeri ABŞ Sahil Mühafizəsi tərəfindən izlənilirdi. ABŞ mediası bu gün Rusiyanın tankeri müşayiət etmək üçün sualtı qayıq və hərbi gəmilər göndərdiyini bildirdi.