USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Neft qiymətləri bərpa əlamətləri göstərir

08.01.2026 İqtisadiyyat
0 0
Bu həftə Venesuela xam neft hasilatının artması gözləntiləri ilə düşən neft qiymətləri cümə axşamı günü bərpa olundu. Qeyri-müəyyənliklər və ABŞ məlumatları enişin məhdudlaşdırılmasında rol oynadı.

Beynəlxalq fyuçers bazarlarında Brent markalı xam neftin qiyməti 59,96 dollardan satılır.

Dünən Brent markalı xam neftin qiyməti günü 60,13 dollardan bağlamazdan əvvəl 60,76 dollara yüksəldi. Bu gün saat 09:18-ə olan məlumata görə, Brent markalı xam neftin qiyməti bağlanış qiyməti ilə müqayisədə 0,3% azalaraq 59,96 dollardan satılırdı. Eyni zamanda, West Texas Intermediate (WTI) markalı xam neftin qiyməti 56,06 dollardan satılırdı.

Qiymətlərin məhdud enişinə ABŞ-ın Venesuelaya hərbi müdaxiləsi nəticəsində yaranan qeyri-müəyyənliklər və ABŞ əmək bazarı ilə bağlı məlumatlar təsir göstərib.

ABŞ-ın Energetika Naziri Kris Rayt bildirib ki, ölkədə görmək istədikləri dəyişikliklərə nail olmaq üçün Venesuela neft satışlarına nəzarət etməli olduqlarını bildirib və əlavə edib ki, Venesuela neftini "qeyri-müəyyən müddətə" satacaqlar. Rayt bildirib ki, onlar Venesuela neftinin bazara axınına icazə verəcək, onu ABŞ-dakı neftayırma zavodlarına və dünya bazarlarına sataraq daha yaxşı neft tədarükünü təmin edəcəklər.

Ağ Evin sözçüsü Karolin Livitt bildirib ki, ABŞ Venesuela xam nefti və neft məhsullarının qlobal bazarlara daşınması və satışına imkan yaratmaq üçün sanksiyaları "seçici şəkildə" ləğv edəcək.

  • Əvvəlki

    ABŞ dördüncü rübdə ÜDM məlumatlarının açıqlanması cədvəlini dəyişdirdi

Digər xəbərlər

08.01.2026 İqtisadiyyat
Çin Nvidia çiplərini dayandırır
0 0
08.01.2026 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşıb
0 0
08.01.2026 İqtisadiyyat
Bu günün valyuta məzənnələri
0 0