2025-ci ildə Azərbaycandan qaz ixracı 25,2 milyard kubmetr təşkil edib.
Kommersant.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu, əvvəlki illə müqayisədə eyni səviyyədə qalıb.
Hesabat ilində ixrac edilmiş qazdan 12,8 milyard kubmetr Avropaya, 9,6 milyard kubmetr Türkiyəyə (o cümlədən TANAP-la 5,6 milyard kubmetr), 2,3 milyard kubmetr Gürcüstana, 0,5 milyard kubmetr isə Suriyaya nəql edilib.
2024-cü illə müqayisədə ötən il Azərbaycandan Avropaya qaz ixracı 0,1 milyard kubmetr (-0,8%), Türkiyəyə 0,3 milyard kubmetr (-3%) (TANAP-la ixrac eyni səviyyədə qalıb), Gürcüstana isə 0,1 milyard kubmetr və ya (-4,1%) azalıb.