USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

2025-ci ildə Azərbaycandan daşınan yüklərin həcmi açıqlandı

16.02.2026 İqtisadiyyat
0 0
2025-ci ildə nəqliyyat dəhlizləri vasitəsilə daşınmış yüklərin həcmi 32,6 milyon ton təşkil edib.

Kommersant.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, 2025-ci ildə nəqliyyat dəhlizləri üzrə dəmir yolu nəqliyyatı ilə 14,3 milyon ton, avtomobil nəqliyyatı ilə 11,1 milyon ton, dəniz nəqliyyatı ilə isə 7,2 milyon ton yük daşınıb.

“Şərq–Qərb” nəqliyyat dəhlizi üzrə yükdaşımaların həcmi 16,9 milyon ton olub. O cümlədən “Avropa–Qafqaz–Asiya” nəqliyyat dəhlizi üzrə 8,2 milyon ton, “Şimal–Cənub” nəqliyyat dəhlizi üzrə 9,3 milyon ton, “Şimal–Qərb” nəqliyyat dəhlizi üzrə 5,8 milyon ton, “Cənub–Qərb” nəqliyyat dəhlizi üzrə isə 533,6 min ton yük daşınıb.

Tranzit yüklər dəmir yolu nəqliyyatı ilə daşımaların 46,2 faizini, avtomobil nəqliyyatı ilə daşımaların 42,3 faizini və dəniz nəqliyyatı ilə daşımaların 93,3 faizini təşkil edib.