USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

1 milyon iranlı işsiz qala bilər

08.08.2018 İqtisadiyyat
0 0
Rəsmi İran açıqlama yaydı.

"Kommersant.az" xəbər verir ki, ABŞ-ın İrana qarşı yeni sanksiyaları artıq rəsmi olaraq qüvvəyə minib. Enerji sahəsini əhatə edəcək növbəti vergi rüsumu isə 5 noyabrdan etibarən rəsmiləşdiriləcək.

Məsələyə münasibətini bildirən İranın əmək və əhalinin sosial müafiəsi naziri Ali Rebii bütün bunların İran iqtisadiyyatına zərbə vuracağını və sanskiyaların 1 milyon iranlını işsiz qoya biləcəyini bildirib.

Qeyd edək ki, ABŞ-ın İranın dollar, istiqraz ala bilməsinə qarşı atdığı addımlar, ölkənin istər sənaye, istərsə də iqtisadiyyat sahəsində mövcud şirkətlərinin fəaliyyətinə qoyduğu məhdudiyyətlər, üstəlik noyabr ayından etibarən enerji sektoruna da tətbiq olunması planlaşırılan yeni rüsumlar İranın iqtisadi baxımdan zərbə almasına, bunun da öz növbəsində digər ölkələrə əsaslı təsirinə gətirib çıxara bilər.

  • Əvvəlki

    Əmək bazarı ilə bağlı normativ sənədlərin layihələri hazırlanıb

Digər xəbərlər