USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kameralar müqaviləsiz işləyənləri qeydə alacaq

08.08.2018 İqtisadiyyat
0 0
Vergilər Nazirliyi qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması və bu sahədə işlərin koordinasiyalı təşkili məqsədilə aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq edir.

"Kommersant.az" xəbər verir ki, "ASAN xidmət"lə birgə əməkdaşlığa əsasən, həmin qurumun nəzdində fəaliyyət göstərən Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi əmək müqaviləsi olmadan vətəndaşları iş və xidmətlərin yerinə yetirilməsinə cəlb edən şəxslər barədə məlumatları Vergilər Nazirliyinə təqdim edir. Bundan əlavə, tikinti sahəsində işçilərin uçotunun aparılması məqsədi ilə tikinti obyektlərində real vaxt rejimində işləyən müşahidə kameraları quraşdırılacaq. Kameralar vasitəsilə tikinti meydançalarında çalışan insanların əmək müqaviləsi, statistikası və digər zəruri məlumatlar müəyyən edilərək, həmin informasiyalar "ASAN xidmət"in Monitorinq Mərkəzinə inteqrasiya olunacaq.

"Görülən tədbirlər məhz dövlət orqanlarının qarşılıqlı əməkdaşlığı və koordinasiyası ilə həyata keçirilir".

Bunu "Kommersant.az"a açıqlamasında Əmək münasibətlərinin monitorinqi mərkəzinin müdir müavini Murad Fətullayev deyib. Onun sözlərinə görə, "Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2017-ci ilin 17 mart və 9 oktyabr tarixlərində ölkədə əmək münasibətlərinin tənzimlənməsi və qeyri-rəsmi məşğulluqla mübarizə ilə bağlı ardıcıl olaraq 2 sərəncam imzalanıb.

"Həmin sərəncamlar çərçivəsində müxtəlif dövlət qurumları qarşısında konkret tapşırıqlar qoyulub. İki dövlət qurumu arasındakı əməkdaşlığın əsas məqsədi tikinti sektorunda çalışan işçilərin əmək hüquqlarının müdafiəsi, onların sosial təminatlardan yararlanmalarının təmin edilməsi və bu sahədə dövlət nəzarətinin daha da gücləndirilməsindən ibarətdir. Qarşılıqlı əməkdaşlıq eyni zamanda tikinti fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərlə bağlı dövlət informasiya sistemlərində mövcud olan zəruri məlumatların dəqiq və operativ şəkildə mübadilə edilməsinə imkan yaradır".

M.Fətullayev vurğulayıb ki, Azərbaycan Respublikası Prezidentinin 9 oktyabr 2017-ci il tarixində imzaladığı "Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında sərəncama əsasən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Vergilər Nazirliyinin birgə icraçısı olduğu konkret tapşırıqlar mövcuddur:

"Başqa sözlə ifadə etsək, sözügedən sərəncamın icrası üzrə birgə görülməli olan tədbirlər qarşılıqlı əməkdaşlıq çərçivəsində həyata keçirilir".

Əmək münasibətlərinin monitorinqi mərkəzinin müdir müavini eyni zamanda bildirib ki, Vergilər Nazirliyi ilə əməkdaşlıq müxtəlif istiqamətlərdə həyata keçirilir:

"İlk dəfə olaraq Dövlət Agentliyi tərəfindən tikinti sektorunda çalışan işçilərin kimliyinin və müqavilə əsasında çalışıb-çalışmadığının müəyyənləşdirilməsi yeni intellektual modul olan Analitik Monitorinq Sistemi vasitəsilə reallaşdırılır. Bu sistem bir neçə dövlət orqanının informasiya sistemlərinin qarşılıqlı inteqrasiyası əsasında formalaşdırılıb. Həmin sistem üzərindən məlumat mübadiləsi aparan dövlət orqanlarından biri də Vergilər Nazirliyidir. İkitərəfli məlumat mübadiləsi 2 dövlət qurumu arasında imzalanmış razılaşmaya əsasən aparılır. Eyni zamanda Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən keçirilən səyyar monitorinqlər zamanı əmək müqaviləsi olmadan hüquqi və fiziki şəxslər tərəfindən işə cəlb etmə halları ilə bağlı məlumatlar mütəmadi olaraq Vergilər Nazirliyinə təqdim edilir".

  • Əvvəlki

    1 milyon iranlı işsiz qala bilər

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0