USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bulvardakı "wi-fi" şəbəkəsi niyə zəif işləyir? - AÇIQLAMA

09.08.2018 İqtisadiyyat
0 0
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə Bakı Telefon Rabitəsi MMC ("Baktelecom") tərəfindən reallaşdırılan "İctimai İnternet" layihəsi istifadəyə verildiyi gündən (2017-ci ilin 19 martı) pulsuz "wi-fi" şəbəkəsinə qoşulma sayı 6,5 milyona çatıb.

"Kommersant.az" xəbər verir ki, layihə çərçivəsində 17 məkan - Dənizkənarı Milli park – Bulvar; Dövlət Bayrağı Meydanı; Heydər Əliyev Mərkəzinin parkı; "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu; "Sahil" bağı; "Sabir" bağı; "Xaqani" bağı; "Axundov" bağı; "Zabitlər" parkı; Qış parkı; "Hüseyn Cavid" bağı; "Səməd Vurğun" bağı; "Muğan" bağı; "Fashion Avenue"; "Dədə Qorqud" parkı; "İzmir" parkı; "Nərimanov" parkı şəbəkənin əhatə zonasına daxil edilib.

Bakıda pulsuz "wi-fi"ya çıxış nöqtələrinin sayı artırılsa da, xidmətin keyfiyyətində hər hansı bir irəliləmə müşahidə edilmir. Belə ki, xidmətdən yararlanmağa çalışan vətəndaşlar internetə daxil ola bilməməkdən gileylənirlər.

Məsələyə aydınlıq gətirmək üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əlaqə saxladıq. Qurumdan "Kommersant.az"a bildirdilər ki, pulsuz "wi-fi zonalarında aidiyyatı qurumlar tərəfindən aparılan profilaktik işlər zamanı şəbəkənin paylanmasında müəyyən fasilələr yaranır:

"Eyni zamanda istifadəçilərin sıx olduğu əhatə zonalarında da kəsintilər mümkündür. Qoşulma nöqtələri ("access point") ətrafında nəzərdə tutulduğundan daha çox istifadəçinin birləşməsi və eyni anda şəbəkəyə qoşulması nəticəsində belə hallara rast gəlmək olur. Bu kimi halların qarşısını almaq üçün pulsuz "wi-fi" xidməti üzrə yaradılan xüsusi monitorinq qrupu tərəfindən qoşulma nöqtələrində mütəmadi olaraq yoxlamalar aparılır və nasazlıqlar aradan qaldırılır".

İnformasiya texnologiyaları üzrə mütəxəssis Fərid Kazımov isə hesab edir ki, problemi yükləmələrə müəyyən həcmə qədər qadağa qoymaqla aradan qaldırmaq mümkündür:

"Adətən belə ictimai nöqtələrə internet sürəti az verilir. Bu, qlobal problemdir. Həmin yerlərdə çox insan internetə qoşularsa, sürətin həcmi daha da azalır. Xüsusi proqramlar tətbiq etməklə hər 15 dəqiqədən bir pulsuz "wi-fi" nöqtəsindən istifadə edən şəxsi internetdən kənarlaşdırmaq lazımdır. Avropa ölkələri və ABŞ-da oxşar praktika tətbiq edilir".

  • Əvvəlki

    “Azerspace-2” Kuru kosmodromuna gətirildi - FOTO

Digər xəbərlər