USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Bazarstore" istifadə müddəti bitmiş məhsul satır

15.08.2018 İqtisadiyyat
0 0
Bəzi mağazalarda istifadə müddəti bitmiş məhsulların satılması faktı əksər insanlara bəllidir.

"Kommersant.az" xəbər verir ki, bu dəfə oxşar hal Lənkəranın Qala xiyabanı ərazisində yerləşən "Bazarstore"da qeydə alınıb.

Belə ki, satıcı istifadə müddəti bitmiş cemləri yalnız müştərinin iradından sonra rəfdən götürüb.

Məsələyə aydınlıq gətirmək üçün "Bazarstore" MMC-nin PR və Marketinq meneceri Günay Novruzqızı ilə əlaqə saxladıq. Mağazalar şəbəkəsinin nümayəndəsi bildirdi ki, əgər müştəri belə bir halla qarşılaşıbsa, bu, yalnız işçinin səhlənkarlığı ucbatından ola bilər:

"Lənkəranda 3 mağazamız var. Məhsulların rəf nömrəsinə uyğun olaraq istifadə müddəti bitmiş məhsullar rəfdən yığışdırılır. Biz məhsulları firmalardan almırıq. Onlar birbaşa tədarükçülərdən gəlir. Mal qəbul olunarkən onların son istifadə tarixinə baxılır və ona uyğun qəbul edilir. Ona görə də onları qaytara bilirik. Elə mağazalar da var ki, onlar məhsulları alırlar, sonra da qaytara bilmirlər deyə istifadə müddətinə 1-2 gün qalmış məhsulları satırlar. İstifadə müddəti bitmiş məhsulları rəflərdə saxlamaq kimi niyyətimiz yoxdur. Onun bizə faydası da yoxdur. Keyfiyyətə nəzarət şöbəsi həmişə mağazalarda yoxlamalar aparır. Mağazalarımız arasında hətta keyfiyyət yarışması da keçirilir. Bu, bizimçün çox əhəmiyyətlidir".

  • Əvvəlki

    Türkiyənin kredit dərəcəsi müsbət qiiymətləndirilib

Digər xəbərlər