USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu il Azərbaycan 1,2 mlrd. kVt/saat elektrik enerjisi ixrac edib

23.08.2018 İqtisadiyyat
0 0
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 56 943,11 min ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edib.

"Kommersant.az" Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31 025,11 min dollar və yaxud 2,2 dəfə çoxdur.
Hesabat dövründə ixrac edilmiş elektrik enerjisinin həcmində də müsbət dinamika müşahidə edilib. Belə ki, xarici ölkələrə 1 205 532,49 min kVt/saat elektrik enerjisi satılıb. Bu da 2017-cı ilin yeddi ayına nisbətən 607 833,83 min kVt/saat və yaxud 2 dəfə çoxdur.
Yanvar-iyul aylarında elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracının 0,53%-ni təşkil edib.
İxrac edilən hər kVt elektrik enerjisinin qiyməti 0,047 dollar sent, yaxud 0,079 qəpik olub.
Xatırladaq ki, Azərbaycanın ən əsas elektrik enerjisi ixracatçısı “Azərenerji” ASC-dir.

  • Əvvəlki

    Prezident İlham Əliyev: "Azərbaycan ilə Ukraynanı ənənəvi dostluq əlaqələri birləşdirir"

Digər xəbərlər