Ukraynanın paytaxtı Kiyevdə təntənəli şəkildə qeyd edilən Dövlət Bayrağı Günü ilə bağlı yeni milli rekord qeydə alınıb.
"Kommersant.az"ın AZƏRTAC-a istinadən məlumatına görə, Kiyevdə keçirilən mərasimdə 2700 metr uzunluğunda Ukrayna dövlət bayrağı nümayiş etdirilib. Hər 100 metrdən bir isə Ukraynanın müstəqilliyinin rəmzləri qoyulub.
Qeyd edək ki, hər il avqustun 23-ü Ukraynada Dövlət Bayrağı Günü kimi qeyd edilir.