USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kofi Annan sentyabrın 13-də Qanada dəfn ediləcək

24.08.2018 İqtisadiyyat
0 0
BMT-nin sabiq baş katibi Kofi Annanın dəfn mərasimi sentyabrın 13-də Qanada keçiriləcək.

"Kommersant.az" AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə AFP agentliyi Qana Prezidenti Nana Akufo-Addoya istinadla məlumat yayıb. Mərhum diplomatın Qananın paytaxtı Akkra şəhərindəki hərbi qəbiristanlıqda dəfn ediləcəyi bildirilir.
Xatırladaq ki, 1997-2006-cı illərdə BMT-nin baş katibi olmuş Kofi Annan avqustun 18-də 80 yaşında vəfat edib.
Qanalı diplomat, BMT-nin 7-ci baş katibi Kofi Annan 1938-ci ildə doğulub. Atası fanti qəbiləsinin başçısı və Aşanti əyalətinin qubernatoru olub. Vətənində, ABŞ-da və İsveçrədə təhsil alıb. Tələbə olarkən BMT-də işləməyə başlayıb. Əvvəlcə Dünya Səhiyyə Təşkilatında, sonra isə digər strukturlarda çalışıb, BMT-nin qaçqınların işi üzrə ali komissarının idarəsinə başçılıq edib. 2001-ci ildə Nobel Sülh Mükafatına layiq görülüb.

  • Əvvəlki

    Prezident dövlət borcunun idarə edilməsinə dair strategiyanı təsdiq edib

Digər xəbərlər

17.05.2024 İqtisadiyyat
Ödəmə sistemləri dəyişir
0 0
16.05.2024 İqtisadiyyat
Honda 10 trilyon yen investisiya edəcək
0 0