USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Twitter"in icraçı direktoru ifadə verəcək

25.08.2018 İqtisadiyyat
0 0
Cek Dorsi ABŞ Konqresinin kommersiya və energetika komitəsi qarşısında ifadə verəcək.

"Kommersant.az" xəbər verir ki, proses 5 sentyabrda baş tutacaq:

"Təsdiqlənib: Cek Dorsi 5 sentyabrda şirkətin alqoritmləri və məzmun monitorinqi üzrə ifadə verəcək", - deyə komitənin bəyanatında yazılıb.

Bəyanatda eyni zamanda bildirilir ki, komitə "Twitter"ə məzmunun idarəsi ilə bağlı çətin suallar vermək niyyətindədir:

"Biz Dorsinin sualları səmimi və dürüst şəkildə cavablandırmasını gözləyirik".

Xatırladaq ki, bundan əvvəl ABŞ Senatının Kəşfiyyat Komitəsinin rəhbəri Riçard Burr "Associated Press"ə verdiyi açıqlamada bildirmişdi ki, sentyabrın ilk həftəsində komitənin "Facebook"un əməliyyatlar üzrə icraçı direktoru Şeril Sandberqlə və "Twitter"in rəhbəri Cek Dorsi ilə görüşü gözlənilir.

Qeyd edək ki, ABŞ-ın xüsusi prokuroru Robert Müller hazırda Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsinin araşdırılması ilə məşğul olur. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə seçkilərə müdaxiləyə "tamamilə əsassız" şərhini verib.

  • Əvvəlki

    Bakı-Yalama üçün 325 milyon dollar borc alınacaq

Digər xəbərlər

11.07.2025 İqtisadiyyat
Asiya fond bazarları qarışıqdır
0 0
11.07.2025 İqtisadiyyat
Lirənin bu günə olan məzənnəsi
0 0
11.07.2025 İqtisadiyyat
Bu günün valyuta məzənnələri
0 0