USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ-dan Venesuelaya növbəti zərbə

25.08.2018 İqtisadiyyat
0 0
ABŞ Venesuelaya neft embarqosu tətbiq edə bilər.

"Kommersant.az" xəbər verir ki, bu barədə Ağ Ev administrasiyasına istinadla "McClatchy" məlumat yayıb.

Məlumata əsasən, embarqo Venesuela vətəndaşlarına birbaşa təsir etməyəcək. ABŞ rəsmiləri isə embarqonun Maduro hakimiyyətinə ciddi şəkildə təsir göstərəcəyi qənaətindədirlər.

Ağ Ev yeni sanksiyaların 3 ay ərzində razılaşdırılacağını bildirib. Prezident administrasiyası və Dövlət Departamentinin tətbiq ediləcək məhdudiyyətlərin neft bazarına təsirini təhlil etmək məqsədilə mütəxəssislər dəvət etdiyi də deyilir.

Xatırladaq ki, bu ilin 20 mayında Venesuelada keçirilmiş prezident seçkilərində Nikolas Maduro qalib gəlib. Rəsmi Vaşinqton isə səsvermənin nəticələrini tanımayaraq, Karakasa qarşı sanksiyaların tətbiqinə başlayıb.

ABŞ prezidenti Donald Trump eyni zamanda ABŞ vətəndaşları və ölkədə yaşayan şəxslərə debitor borclar da daxil olmaqla, Venesuelanın dövlət borclarının alınması ilə bağlı əməliyyatların həyata keçirilməsini qadağan edən fərman imzalayıb.

  • Əvvəlki

    "Crocs"un bazarı niyə ölüb?

Digər xəbərlər

17.05.2024 İqtisadiyyat
Ödəmə sistemləri dəyişir
0 0
16.05.2024 İqtisadiyyat
Honda 10 trilyon yen investisiya edəcək
0 0