USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

SOCAR-ın Qaz Emalı Zavodu keçən il 3 milyard kubmetrədək qaz emal edib

06.09.2018 İqtisadiyyat
0 0
SOCAR-ın Qaz Emalı Zavodunda ötən il 3 milyard kubmetrədək qaz emal olunub.

"Kommersant.az" xəbər verir ki, bu barədə SOCAR-ın 2017-ci il üzrə illik hesabatında bildirilir.
Qeyd olunur ki, hesabat ilində zavodda faktiki olaraq 2 milyard 918,3 milyon kubmetr qaz emal olunaraq proqnoz göstəricilərinə 82,9 faiz əməl edilib. Emal proqnozuna kəsrlə əməl olunması "Azneft" İB tərəfindən zavoda təhvil verilən qazın həcminin proqnoza nisbətən az olması ilə əlaqədar olub. Bu göstərici 2016-ci ilin müvafiq göstəricisinə nisbətən 97,2 faiz təşkil edib. 2017-ci il ərzində zavodda 2 milyard 866,7 milyon kubmetr təmizlənmiş təbii qazla yanaşı 11,91 min ton texniki butan və 20,11 min ton qaz benzini istehsal edilib. İstehsal edilmiş qaz benzininin bütün həcmi təkrar emal məqsədilə xammal kimi "Azneft" İB-ə, texniki butanın 48 faizi xammal kimi "Azərikimya" İB-ə, 52 faizi isə daxili bazarda satışa yönəldilib.

  • Əvvəlki

    Azərbaycan şərabının ixracı məqsədilə Rusiya gömrük məntəqəsində aksiz postu - Yaradıla bilər

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0