USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Erdoğanın qərarı məhkəməyə səbəb oldu

22.09.2018 İqtisadiyyat
0 0
Türk şirkətləri arasında dollar qalmaqalı yaşanır.

"Kommersant.az" xəbər verir ki, Türk Hava Qurumunun Receb Ercen Keskin adlı iş adamına 2055-ci ilə qədər icarəyə verdiyi binanın ödənişi zamanı anlaşmazlıq yaşanıb. Belə ki, R.E.Keskin ölkə başçısı Erdoğanın "bütün kirayələr və ödənişlər türk lirəsiylə aparılsın" qərarını rəhbər tutaraq anlaşmaya əsasən dollarla ödəniş etməkdən boyun qaçırır.

THQ-nin mətbuat katibi isə müqavilənin dollar tipli valyuta növü üzərindən bağlandığını, buna görə də şirkətin borclarının məhz dollarla ödənilməli olduğunu və heç bir güzəşt edilməyəcəyini bildirib.

Hazırda məsələ məhkəmə tərəfindən araşdırılır. Qeyd edək ki, sözügedən bina 5 ulduzlu otel olaraq fəaliyyətdədir.