USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanlılar niyə Rusiyada ev alır? - QİYMƏTLƏR

22.09.2018 İnşaat və Əmlak
0 0
"Moskvanın daşınmaz əmlak bazarında risk faktorları Bakı ilə müqayisədə çox azdır".

Bunu "Kommersant.az"a açıqlamasında daşınmaz əmlak eksperti Ramil Osmanlı bildirib. Onun sözlərinə görə, əksər azərbaycanlıların Moskva, Sankt-Peterburq kimi mərkəzi şəhərlərdə əmlakı var:

"Deyərdim, Azərbaycanda təqribən hər 3 aildən birinin Rusiyada nümayəndəsi var. Onlar ölkənin mənzil bazarı ilə müqayisədə daha dayanıqlı iqtisadiyyata malik Rusiya bazarına maraq göstərirlər, investisiya yatırırlar. Proses bu gün də davam edir. Təəssüf ki, Rusiyada mənzil alan azərbaycanlıların sayı ilə bağlı konkret statistika yoxdur".

Ekspert vurğulayıb ki, Rusiyanın paytaxtında risk faktorlarının Bakı ilə müqayisədə çox az olması da orada mənzil seqmentinə marağı artırır:

"Moskvada əvvəllər müqavilə yolu ilə alqı-satqı həyata keçirilsə də, son illərdə problem həllini tapıb. Rusiyanın paytaxtında təsadüfi adamlar kənar maliyyə resursları hesabına bazara daxil olub, vətəndaşları aldada bilməz".

Bakı və Moskvanın daşınmaz əmlak bazarındakı qiymətlərin müqayisəsini aparan R.Osmanlı qeyd edib ki, Moskvanın mərkəzində satılan mənzillərin qiyməti təqribən 2 dəfə bahadır:

"Moskva ətrafı ərazilərə doğru isə qiymət ucuzlaşır. Mənzillərin kvadratmetri 2500-3000 manat civarındadır. Moskvanın mərkəzində isə elə ərazilər var ki, mənzillərin kvadratmetri 8500-13 min 600 manata satılır. Bu isə Bakının mərkəzində satılan evlərlə müqayisədə 2 dəfəyə yaxın yüksək qiymət deməkdir. Moskvada mənzillər daha çox təmirsiz formada satılır. Ruslar hətta təmirli evi alıb öz istəklərinə uyğun təmir etdirirlər. Paytaxt Bakıda 100 min dollar dəyərində olan mənzili ən yaxşı halda 500-600 manata kirayə vermək mümkündürsə, Moskvada bu rəqəm ondan 2 dəfə yuxarıdır".

  • Əvvəlki

    Dollar bahalaşmaqda davam edir - TÜRKİYƏDƏ

Digər xəbərlər

28.03.2024 İnşaat və Əmlak
Bakıda bu evlər bahalaşıb
0 0