USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Azərenerji" bu şirkətlə əməkdaşlıq edəcək - RƏSMİ

03.10.2018 İqtisadiyyat
0 0
Sabah Moskvada “Rusiya enerji həftəsi” adlı Beynəlxalq Forum çərçivəsində Azərbaycanla Rusiya arasında elektroenergetika sahəsində əməkdaşlığa dair işçi qrupunun iclası keçiriləcək.

"Kommersant.az" xəbər verir ki, iclasda yüksək gərginlikli elektrikötürücü xəttin ikinci növbəsinin tikintisi, "Samur" çayının hidroenergetik resurslarının öyrənilməsi, Rusiyanın "Vahid Enerji Sisteminin Sistem Operatoru" SC ilə "Azərenerji" ASC arasında əməkdaşlıq, iki ölkə arasında rabitə kanallarının təkmilləşdirilməsi və s. məsələlərin müzakirəsi nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan tərəfdən işçi qrupuna nazir müavini Natiq Abbasov, Rusiya tərəfdən isə bu ölkənin energetika nazirinin müavini Anatoli Yanovski başçılıq edir.

  • Əvvəlki

    Bu yollarda hərəkət məhdudlaşdırılacaq - XƏBƏRDARLIQ

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0