USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu ərazidə hərəkət məhdudlaşdırılır

08.10.2018 İqtisadiyyat
0 0
Bu gün və sabah saat 23:00-dan saat 06:00-a qədər (7 saat) Bakının Bakıxanov küçəsinin Səməd Vurğun küçəsi ilə kəsişməsində hərəkət məhdudlaşdırılacaq.

"Kommersant.az" Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, buna səbəb aparılacaq təmir işləridir.

"Vətəndaşlardan yarana biləcək müvəqqəti narahatlığa görə, öncədən üzr istəyirik və sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələrini xahiş edirik", - deyə qurumun açıqlamasında qeyd olunub.