Bekam villasını satdı

08.10.2018 İqtisadiyyat
0 0
Devid və Viktoriya Bekam "Beverli-Hills"dəki villalarını 33 milyon dollara satıb.

"Kommersant.az" xəbər verir ki, İngiltərə yığmasının keçmiş kapitanı sözügedən malikanəni 2007-ci ildə alıb. İtalyan dizaynında tərtib edilmiş villa, 13 min kvadratmetr ərazini əhatə edir. Mülk 6 yataq otağı, 9 vanna otağı, lift, kitabxana və musiqi otağından ibarətdir. Villanın həyətində isə böyük hovuz və 3 avtomobili saxlamaq üçün qaraj var.

Məlumata görə, mülk artıq adı çəkilməyən şirkət tərəfindən alınıb.