USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Miki-Mausun şərəfinə - QULAQCIQ

17.10.2018 İqtisadiyyat
0 0
"Apple şirkəti", Miki- Mausun 90 illiyinə qulaqcıq istehsal edib.

"Kommersant.az" xəbər verir ki, Disneyin ən tanınmış qəhrəmanlarından olan Miki- Mausun şərəfinə həsr olunan aksessuar "Mickey Mouse 90th Anniversary Edition Solo3" adlandırılıb. Boz rəngli qulaqcıq qoruyucu örtüyə malikdir. Qiyməti isə 382 ABŞ dollarıdır (650 manat). Qulaqcıq hələ ki, satışa çıxarılmayıb.

Qeyd edək ki, "The Walt Disney Company"nin əsas simvollarından olan Miki-Mausun rəsmi doğum tarixi 18 noyabr 1928-ci ildir.