USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Tesla"nın səhmləri bahalaşdı

20.10.2018 İqtisadiyyat
0 0
"Tesla"nın səhmləri bahalaşıb.

"Kommersant.az" xəbər verir ki, buna səbəb şirkətin nisbətən ucuz elektrik avtomobilin- "Tesla Model 3"ün istehsalı ilə bağlı açıqlaması olub. Nəticədə "Tesla"nın səhmləri 2,2% dəyər qazanaraq, ədədi 263 dollar olub.

Qeyd edək ki, "Tesla Model 3"ün qiyməti 45 000 dollardır. Lakin vergi endirimi nəticəsində 33 min dollara başa gəlir. Həmin avtomobilləri isə yalnız Kaliforniyada almaq mümkündür.

Xatırladaq ki, son zamanlar "Tesla"nın səhmləri tez-tez ucuzlaşır. Məsələn, səhmlər, İlon Maskın "uğursuz zarafatı" və "Twitter"dəki postlarından sonra kəskin dəyər itirmişdi.