USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ən gənc milyarder evinə qayıtdı

20.10.2018 İqtisadiyyat
0 0
Afrikanın ən gənc milyarderi evinə qayıdıb.

"Kommersant.az" xəbər verir ki, 43 yaşlı Məhəmməd Devci 11 oktyabrda Tanzaniyada yerləşən hotellərdən birinin yaxınlığında oğurlanmışdı:

"Evə salamat qayıtdığım üçün Allaha şükr edirəm. İnsanlara dualarına görə, Tanzaniya səlahiyyətlilərinə, polislərinə təhlükəsiz şəkildə evə qayıtdığım üçün minnətdaram", - milyarderin şirkəti olan "METL Group"un "Twitter" hesabında yazıb.

Qeyd edək ki, polis, Məhəmməd Devcinin oğurlanması ilə bağlı 20-ə yaxın adam həbs edib. Milyarderin ailəsi isə onun haqqında məlumat verən şəxsə 440 min dollar mükafat vəd etmişdi.

Xatırladaq ki, afrikalı milyarderin1,5 milyard dollarlıq sərvəti var. Məhəmməd Devci Afrika zənginləri reytinqində 17-ci pillədə qərarlaşıb.