USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yolka məhkəməyə verildi

22.10.2018 İqtisadiyyat
0 0
275 dollara satılan "Təravətləndirici yolka" məhkəməyə verilib.

"Kommersant.az" xəbər verir ki, Amerika şirkəti, "Balenciaga" moda evini hava təravətləndiricisini xatırladan açarlığa görə məhkəməyə verib. Məlumata görə, "Balenciaga" moda evi qaydaları pozaraq, "Little Trees"in istehsal etdiyi açarlıqlara oxşar aksessuar hazırlayıb.

Qeyd edək ki, hava təravətləndiricisinin rəsmi istehsalçısı "Little Trees"dir. Şirkət rəsmiləri hesab edir ki, müştərilər məhsulları səhv sala bilər. Onlar "Little Trees"dən əldə etdiyi gəliri bölüşdürməyi tələb edir.

Xatırladaq ki, "LittleTrees", 1952-ci ildə yaradılıb. Şirkətin məhsullarının ilk satışı Nyu-Yorkda və "Neiman Marcus" univermağında həyata keçirilib.