USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

EIU: 2022-ci ildə Azərbaycanda orta aylıq əməkhaqqı 724 manat olacaq

10.05.2018 İqtisadiyyat
0 0
İqtisadi Kəşfiyyat Birliyi (Economist Intelligence Unit - EIU) hesab edir ki, 2016-cı ildən Azərbaycanda orta aylıq əmək haqqının artım dinamikası aşağı düşüb. 2018-ci ildə etibarən bu dinamikada artım gözlənilir.

"Kommersant.Az" xəbər verir ki, bu barədə "Deloitte Azerbaijan"ın yaydığı "Bussiness Outlook Azerbaijan" hesabatında göstərilib.

Hesabata görə, bu dinamika 2016-cı ildə bu rəqəm - 4,9% (ilin yekununda 496 manat), 2017-ci ildə - 5,8% (ilin yekununda 527 manat) olub: "2018-ci ildə Azərbaycanda maaşlar 0,7% (ilin yekununda 553 manat), 2019-cu ildə 1,1% (ilin yekununda 588 manat), 2020-ci ildə 1,5% (ilin yekununda 628 manat), 2021-ci ildə 2,7% (ilin yekununda 674 manat), 2022-ci ildə isə 3% (ilin yekununda 724 manat) artacaq".

Qurum Azərbaycandakı istehlak qiymətləri ilə bağlı da proqnozlarını açıqlayıb: "Azərbaycanda 2017-ci ildə 12,9%-lik inflyasiya qeydə alınıb. Bu il bu rəqəm 5,7%, 2019-cu ildə 5,6%, 2020-ci ildə 4,6%, 2021-ci ildə 4,9%, 2022-ci ildə isə 4,4% olacaq".

  • Əvvəlki

    MİDA-da şikayətlərin araşdırılması üçün xüsusi komissiya yaradılıb

Digər xəbərlər