MİDA-da şikayətlərin araşdırılması üçün xüsusi komissiya yaradılıb

10.05.2018 İnşaat və Əmlak
Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) satışa çıxardığı mənzillərlə bağlı yaranmış narazılıqları aradan qaldırmaq üçün qurumda xüsusi komissiya yaradılıb.

Kommersant.az”ın əldə etdiyi məlumata görə, komissiya şikayətləri araşdıraraq 10 gün ərzində vətəndaşlara cavab verəcək.

Xatırladaq ki, mayın 7-də sosial ev almaq istəyənlər satışın həyata keçirildiyi e-gov.az saytına daxil olmaqda ciddi çətinliklə üzləşiblər. Təxminən 1 saat ərzində Yasamal Yaşayış Kompleksindən olan 260 mənzilin satıldığı məlum olub. Sosial şəbəkələrdə yer alan məlumatlara görə, sistemdə problemlər ucbatından təxminən 1 600 vətəndaşa mənzil əldə etdiyinə dair bildiriş təqdim edilib. Bundan sonra narazı şəxslər MİDA-nın ofisi qarşısına yığışıb.

  • Əvvəlki

    Əmlak Komitəsindən «kupça» ilə bağlı - YENİLİK

Digər xəbərlər

17.04.2019 İnşaat və Əmlak
Kərpic və sement istehsalımız artıb
0 0
VTB