USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Elon Muskdan daha çox uğur qazanmaq üçün məsləhətlər

24.10.2018 İqtisadiyyat
0 0
İşdə daha çox uğur qazanmaq istəyirsinizsə, bunları edin.

"Kommersant.az" xəbər verir ki, dünya şöhrətli "Tesla"nın qurucusu Elon Musk hər zaman fərqli iş prinsipi ilə diqqət mərkəzində olub. Bu yazıda sizə Muskın ötənlərdə işçilərinə email göndərərək uğur qazanmaq üçün verdiyi məsləhətləri təqdim edirik:

1) İş yerlərində tez- tez təşkil olunan iclaslardan qaçın. Bu iclaslarda adətən mənfi qərarlar verilir. Hətta vacib bir şey olmadığı müddətcə iclas etməyin;

2) Qısaltmalar, lokonik ifadələrdən uzaq durun. Fikirlərinizi açıq – açıq ifadə edin;

3) İclasdasınızsa və müzakirə olunan məsələ sizinlə əlaqədar deyilsə, otağı tərk edin. Bu vaxt itkisindən başqa bir şey deyil;

4) İşdə statusunuzu yox, işin gedişatını düşünün. Yəni müdir olmağınız hər hansı bir işi sizin görməyinizə mane olmamalıdır;

5) Qərar verərkən məntiqinizlə yanaşı hisslərinizdən də istifadə edin.