USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İƏT-ə üzv ölkələr Bakıya toplaşacaq

25.10.2018 İqtisadiyyat
0 0
Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin özəlləşdirmə qurumları rəhbərlərinin 6-cı iclası keçiriləcək.

"Kommersant.az" xəbər verir ki, tədbir oktyabrın 26-da saat 10:00–da "Hilton Baku" hotelinin "Sevda" zalında baş tutacaq.

İclasda İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Hadi Süleymanpur, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, İƏT-ə üzv olan 10 ölkənin yüksəksəviyyəli nümayəndələri, o cümlədən həmin dövlətlərin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirləri iştirak edəcəklər. Türkiyənin Özəlləşmə Təşkilatının prezidenti Ahmet Aksu, İranın Özəlləşmə Təşkilatının prezidenti Mir Ali Aşraf Abdollah Pourihossein, Avropa İttifaqının enerji sahəsi üzrə baş eksperti Erik Somelar, Beynəlxalq Maliyyə Korporasiyasının dövlət-özəl tərəfdaşlığı layihələri üzrə baş eksperti Alibek Abdrəhmanov da tədbirin qonaqları olacaqlar.

Tədbirin keçirilməsindən əsas məqsəd İƏT-ə üzv ölkələr arasında özəlləşmə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin və müzakirələrin aparılması, uğurlu layihələrin birgə icrası, o cümlədən iqtisadiyyatda bu sahənin perspektivliyinin artırılması ilə bağlı ideya bankının formlaşaması, mövcud vəziyyətin dəyərləndirilməsi, investisiyaların cəlb edilməsidir.

  • Əvvəlki

    Bitcoin ucuzlaşmağa başladı

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0