USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu gecə hava necə olacaq? - EHTİMAL

25.10.2018 İqtisadiyyat
0 0
Oktyabrın 25-i gecə saatlarında gözlənilən hava şəraiti açıqlanıb.

"Kommersant.az" Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumatına istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 25-i gecə saatlarında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu 15-18 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında oktyabrın 25-i gecə saatlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu 12-17, dağlarda 9-11 dərəcə isti təşkil edəcək.