USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya Xəzərdə turizmi inkişaf etdirəcək

25.10.2018 İqtisadiyyat
0 0
"Rusiya Xəzərdə turizmin inkişaf etdirilməsini prioritet sayır".

"Kommersant.az" xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Olqa Qolodeç Bakı Beynəlxalq Humanitar Forumunda jurnalistlərin suallarını cavablandırarkən bildirib:

"Bizim üçün bu, prioritetdir. Biz həmişə bu məsələni müzakirə edirik. Bir müddət əvvəl Rusiyada keçirilən turizm forumunda da Xəzərdə turizm məsələsi xüsusi şəkildə müzakirə olunmuşdu".

O.Qolodeç eyni zamanda qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında ticarət əlaqələri maksimum səviyyəyə çatıb:

"Bu ilin sonuna qədər göstəricinin daha da artacağını gözləyirik. Ötən il Rusiyaya 900 min azərbaycanlı turist, Azərbaycana isə 750 min rusiyalı turist baş çəkib. Azərbaycan istirahət və turizm üçün maraqlı ölkələrdəndir".