USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Apple" daha təəccübləndirmir

03.11.2018 İqtisadiyyat
0 0
İlon Mask bildirib ki, "Apple" daha təəccübləndirmir.

"Kommersant.az" xəbər verir ki, "Business Insider"in məlumatına əsasən, "Tesla" rəhbəri "Apple"ın məhsullarına münasibətini bu cür ifadə edib:

"Bizi xoşbəxt edən məhsulların sayı elə də çox deyil. Bu funksiyanı uzun müddət "Apple" yerinə yetirirdi. Əvvəlki kimi hesab edirəm ki, şirkət gözəl smartfonlar istehsal edir. Həmişəki kimi "iPhone" istifadə edirəm. Lakin "Apple"ın məhsulları əvvəlki tək təəccübləndirmir", - Mask qeyd edib.

Biznesmen, eyni zamanda "Apple"ı "Tesla" ilə müqayisə edib:

""Apple" istəyir ki, onun istehsal etdiyi elektrik avtomobillər, smartfonları kimi heyrətə səbəb olsun. Düşünmürəm ki, insanlar "iPhone 11" üçün mağazalara üz tutacaq. Ancaq "Tesla", insanların sevə biləcəyi məhsullar istehsal etməyə çalışır".

Qeyd edək ki, "Tesla" əməkdaşları arasında keçirilən sorğunun nəticələrinə əsasən, onlardan 91,2%-i hesab edir ki, şirkətin məhsulları dünyanı yaxşılaşdırır.