USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dünyanın ən qəribə pulları

03.11.2018 İqtisadiyyat
0 0
Üzərində marixuanna olan qəpik pullar da istehsal olunubmuş.

"Kommersant.az" xəbər verir ki, hər ölkənin bir-birindən fərqlənən, özünəməxsus valyuta növü var. Xarici görünüşünə, rənginə, formasına, dizaynına görə özünəməxsusluğu ilə seçilən pullar məxsus olduğu ölkənin həm də bir növ mədəniyyətinin göstəricisi hesab olunur.

Belə ki, bu xəbərdə sizə dünyanın ən fərqli dizayna malik pullarının siyahısını təqdim edəcəyik:

1) Fici Respublikası – 2012 – ci ildə saf gümüşdən olan və meteorit parçalarının da qalıqları saxlanılan, yalnız 999 ədəd buraxılan qəpik;

2) Benin Respublikası – üzərində marixuanna olan saf gümüşdən hazırlanmış və cəmi 100 ədəd buraxılmış qəpik;

3) Zimbabve – 1 trilyon dollar dəyərində buraxılmış kağız pul;

4) Almaniya – ağac materiallı pullar;

5) Palau Respublikası – üzərinə təbii mirvari qoyulan qəpik;

6) Alyaska – perqamentdən hazırlanmış 1 - 5 manat dəyərində kağız pullar;

7) Filippin – dünyanın ən enli pulu hesab olunan 100000 – lik peso.