USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Aztelekom”un aktivləri və öhdəlikləri azalıb - HESABAT

03.11.2018 İqtisadiyyat
0 0
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Aztelekom” MMC-nin 2017-ci ili 5 milyon 647 min manat xalis mənfəətlə başa vurub.

Bu, 2016-cı ilə nisbətən 45% azdır.

Ötən il "Aztelekom"un göstərdiyi xidmətlərdən gəliri 74 milyon 835 min manat, xidmətlərinin maya dəyəri 54 milyon 552 min manat, ümumi, inzibati və digər əməliyyat xərcləri 25 milyon 197 min manat, maliyyə xərcləri 933 min manat, digər qeyri-əməliyyat gəlirləri 14 milyon 603 min manat, mənfəət vergisi ödəmələri isə 3 milyon 109 min manat təşkil edib.

Bu il yanvarın 1-nə "Aztelekom"un aktivləri 211,021milyon manat olub ki, bu da illik müqayisədə 5,55% azdır. Bunun 190,623milyon manatı əsas vəsaitlərdir. 2017-ci ildə şirkətin əsas vəsaitləri 7,5% azalıb.

Hesabat dövründə "Aztelekom"un öhdəlikləri 37,7% azalaraq 29,843milyon manata düşüb, balans kapitalı isə bölüşdürülməmiş mənfəət hesabına 3,2% artaraq 181,178milyon manata çatıb.

renkinq

  • Əvvəlki

    Mühəndis işləmək istəyənlərin - NƏZƏRİNƏ

Digər xəbərlər

29.04.2024 İqtisadiyyat
Tesla səhmlərində kəskin artım
0 0
29.04.2024 İqtisadiyyat
Ən çox milyarderin yaşadığı 10 şəhər
0 0
29.04.2024 İqtisadiyyat
YouTube-dan yeni qərar
0 0